Bakıda torpaq sahələrinin ən ucuz və baha satıldığı ərazilər - VİDEO

Bakıda torpaq sahələrinin ən ucuz və baha satıldığı ərazilər - VİDEO

Hazırda oxunan: Bakıda torpaq sahələrinin ən ucuz və baha satıldığı ərazilər - VİDEO

65387

Ötən ilin müvafiq dövrü ilə müqayisədə paytaxtın torpaq bazarında qiymətlər artıb. 

Bizim.Media xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bahalaşmanın 15-20 faiz civarında olduğunu bildirib.

"Əsas səbəb ildən-ilə təlabatın çoxalması, torpaq sahələrinin isə azalmasıdır. Suraxanı, Sabunçu və Qaradağ rayonları ərazisindəki torpaq sahələri daha ucuz qiymətə təklif edilir. Ən bahalı torpaq sahələri isə Nərimanov, Səbail və Nəsimi rayonlarının payına düşür", - deyə R.Qasımzadə əlavə edib.

Ekspert qeyd edib ki, yaxın aylar ərzində qiymətlərdə dəyişiklik gözlənilmir.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO