Azərbaycanın tanınmış yazıçısı, Əməkdar İncəsənət Xadimi, dramaturq Əli Əmirli 44 günlük müharibəmizdən, zəfər tariximizdən bəhs edən yeni əsər yazıb.
Bu barədə Bizim.Media-ya özəl açıqlama verən dramaturq bildirib ki, yeni yazdığı pyes “Bircə addım” adlanır:
“Biz qələbə deyəndə ancaq şadlıq, şənlik nəzərdə tutmuruq. Təbii ki, qələbənin içərisində faciələr, dramlar var. Pyes həmin məsələləri qabardır. Övladını itirmiş və sonra da onu yenidən tapmış bir ailənin çəkdiyi müsibətlər, dramlar “Bircə addım”da öz əksini tapıb. Hesab edirəm ki, əsər öz süjet xəttinə görə çox dramatik, maraqlıdır. Və inanıram ki, əsər tamaşaya qoyularsa çox maraqlı tamaşa alınacaq”.
Dramaturq “Bircə addım”ı Akademik Milli Dram Teatrına təqdim etdiyini bildirdi:
“Pyesi Azdramaya təqdim etmişəm. Son illər mənim yazdığım əsərlər ənənəvi olaraq Azdramada səhnəyə qoyulur. Təbii ki, bunun da səbələri var. Azərbaycan tamaşaçısı teatr deyiləndə Azdramanı nəzərdə tutur.
Düzdür, mənim əsərlərim bütün teatrlarda tamaşaya qoyulub. Amma Akademik Milli Dram Teatrında tamaşaya qoyulan əsər daha geniş auditoriya qazanır. Məsələn, mənim vaxtilə Hüseynağa Atakişiyevin quruluşunda Gənclər Teatrında tamaşaya qoyulan “Varlı qadın” əsərim, o teatrda dörd il çox uğurla nümayiş edildi.
Amma elə ki, “Varlı qadın”Akademik Teatrın səhnəsində tamaşaya qoyuldu, əsər postsovet məkanında olan bir çox teatrlarda nümayiş edildi. Təbii ki, bunun əsas səbəbi Akademik Milli Dram Teatrının əsas, bayraqdar teatr olmasıdır” deyə Əli Əmirli vurğulayıb.
Ülviyyə, Həsənqızı Bizim.Media
- A-
- A
- A+
Mədəniyyət
17:00 / 17.03.2022
Əli Əmirlinin müharibədən bəhs edən “Bircə addım”ı
Hazırda oxunan: Əli Əmirlinin müharibədən bəhs edən “Bircə addım”ı
Hazırda oxunan: Əli Əmirlinin müharibədən bəhs edən “Bircə addım”ı
65347
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.