DİN-dən küçə ticarətçilərinə XƏBƏRDARLIQ – “Bayram günlərində...”

DİN-dən küçə ticarətçilərinə XƏBƏRDARLIQ – “Bayram günlərində...”

Hazırda oxunan: DİN-dən küçə ticarətçilərinə XƏBƏRDARLIQ – “Bayram günlərində...”

65345

Paytaxt rayonlarında qanunsuz ticarət hallarına qarşı mütəmadi mübarizə və  profilaktik tədbirlər həyata keçirilir. 

Səkiləri zəbt edərək piyadaların hərəkətini çətinləşdirən, küçələrdə antisanitar vəziyyət yaradan və pərakəndə ticarətlə məşğul olan satıcılar  aşkarlanaraq cəzalandırılır.

Novruz bayramı ərəfəsində kənd təsərrüfatı mallarının şəhərə axını nəticəsində küçə ticarəti ilə məşğul olanların sayında çoxalma baş verib. Paytaxtın müxtəlif ərazilərində, demək olar ki, hər səkidə pərakəndə satışa və küçə ticarətinə rast gəlinir. 

Bəs, qanunsuz fəaliyyətlə məşğul olanlara bayram günlərində cərimə tətbiq olunacaqmı?

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat katibi Elşad Hacıyev bildirib ki, qanunsuz küçə ticarətinə qarşı ərazi üzrə polis orqanları tərəfindən fasiləsiz olaraq nəzarət, profilaktik tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır:
 

MÖVZU İLƏ BAĞLI:

Qanunsuz küçə ticarəti ilə məşğul olanlar cərimələndi - FOTO


“Əsasən bayram və əlamətdar günlərdə intensivləşən bu, qanunsuz fəaliyyət sahəsi ilə bağlı əhalinin sıx hərəkət etdiyi küçə və prospektlərdə, metrostansiyaların keçidlərində bu hallara rast gəlinir ki, onunla bağlı müvafiq tədbirlər görülür”.

Qurum rəsmisi bayram günlərində də qanunsuz küçə ticarətinə qarşı müvafiq tədbirlərin davam etdiriləcəyini bildirib. 

Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, qanunsuz küçə ticarəti, yəni Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə 80 manat məbləğində cərimə edilir.

Vergi qanunvericiliyinin pozulması hallarına gəldikdə isə, küçə ticarəti ilə məşğul olan şəxsə sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanında vergi uçotuna alınmadığı halda 40 manat məbləğində, əhali ilə nağd pul hesablaşmalarını nəzarət kassa aparatı və ya ciddi hesabat blankları tətbiq etmədən apardığı halda təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 400 manat məbləğində, ikinci dəfə yol verildikdə 800 manat məbləğində, üç və daha çox dəfə yol verildikdə 1200 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO