Vəfa Zeynalova Milli Onkologiya Mərkəzinin həyətində ağladı - VİDEO

Vəfa Zeynalova Milli Onkologiya Mərkəzinin həyətində ağladı - VİDEO

Hazırda oxunan: Vəfa Zeynalova Milli Onkologiya Mərkəzinin həyətində ağladı - VİDEO

65328

Əməkdar artist Vəfa Zeynalovanın Milli Onkologiya Mərkəzindən yayımladığı videosu diqqət çəkib.

Bizim Media xəbər verir ki, videoda Vəfa Zeynalovanın ağlaya-ağlaya həkimlərə təşəkkür etməsi əks olunub:
 

MÖVZU İLƏ BAĞLI:

Vəfa Zeynalovadan həyat yoldaşı ilə bağlı paylaşım - VİDEO 


"Bayramdır, amma həkimlər iş bağındadır. Heç kimin yolu bura düşməsin. Amma düşəndə də yaxşı ki, həkimlərimiz var. Bir barmağımız kəsiləndə, canımız yananda onlara müraciət edirik" deyən Vəfa Zeynalova kimyaterapiya şöbəsinin həlkimlərinə təşəkkürünü bildirib. 

Bu videodan sonra narahat olan izləyicilərinin suallarına cavab verən Əməkdar artist bildirib ki, “Şükür Allaha sağlamam, səhhətimlə bağlı heç bir problemim yoxdur. Amma qardaşım bu ağır xəstəliyin qurbanı oldu. Zamanında ona kömək olan həkimləri tanımağınızı istədim. Bütün həkimlərimizə təşəkkür edirəm”, - deyə Vəfa Zeynalova kədərini bölüşüb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO