Azərbaycanda axtarışda olan şəxs tutuldu

Azərbaycanda axtarışda olan şəxs tutuldu

Hazırda oxunan: Azərbaycanda axtarışda olan şəxs tutuldu

65243

Axtarışda olan şəxs narkotik vasitənin təsiri altında avtomobil idarə edərkən saxlanılıb.

Bu barədə Bizim.Media-ya Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, BDYPİ-nin Yol-Patrul Xidməti Alayının əməkdaşları Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində "Opel” markalı, 99-XJ-379 dövlət qeydiyyat nişanlı avtomobilin sürücünün hərəkətləri şübhə doğurduğundan nəqliyyat vasitəsini saxlayıb.

İlkin araşdırmadan sonra tibbi müayinəyə cəlb edilən sürücü Elnur Əliyevin narkotik vasitədən istifadə etməsi müəyyən olunub.

Bakı şəhər sakini Elnur Əliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati protokol tərtib edilib, bununla yanaşı onun borclu qismində axtarışda olması da müəyyən edildiyindən o, Salyan Rayon Polis Şöbəsinə təhvil verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO