Çempionlar Liqasında 1/4 finala yüksələn klublar bunlardır - SİYAHI

Çempionlar Liqasında 1/4 finala yüksələn klublar bunlardır - SİYAHI

Hazırda oxunan: Çempionlar Liqasında 1/4 finala yüksələn klublar bunlardır - SİYAHI

65221

Martın 17-də futbol üzrə UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinə yekun vurulub.

Bizim.Media xəbər verir ki, gecənin sensasiya nəticəsi Turində qeydə alınıb.

İspaniyanın "Vilyarreal" komandası İtaliyada "Yuventus"un qonağı olub. Qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb. İlk görüşdə 1:1 hesablı heç-heçə qeydə alındığından ispaniyalılar növbəti mərhələyə adlayıblar.

Gecənin digər oyununda İngiltərənin "Çelsi" klubu Fransada "Lill" komandası ilə qarşılaşıb. İlk matçda rəqibini 2:0 hesabı ilə məğlub edən "zadəganlar" cavab görüşündə də qələbə qazanıb - 2:1. Bu nəticədən sonra İngiltərə təmsilçisi adını növbəti raunda yazdırıb.

Beləliklə, "Çelsi", "Vilyarreal", “Real Madrid”, “Mançester Siti”, “Liverpul”, “Atletiko Madrid”, “Benfika” və “Bavariya” klubları 1/4 finala vəsiqəni təmin ediblər.

1/4 finalın püşkü martın 18-də baş tutacaq.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO