Spiker: \

Spiker: \"Avropa Parlamentinin qətnamasi qərəzlidir, reallıqlar təhrif edilib\"

Hazırda oxunan: Spiker: \"Avropa Parlamentinin qətnamasi qərəzlidir, reallıqlar təhrif edilib\"

65182

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova Fransanın ölkəmizdəki səfiri Zakari Qrosla görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən xəbərə görə, ikitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli səfərlər və görüşlərin xüsusi rolunu qeyd edib.

Milli Məclisin sədri hazırda Azərbaycan və Fransa arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə münasibətlərin mövcud olduğunu deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Sahibə Qafarova parlamentin fəaliyyətini işıqlandıran jurnalistlərlə görüşdü


Spiker ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin əhəmiyyətindən danışıb.

Görüşdə Milli Məclisin sədri Avropa Parlamentinin 10 mart 2022-ci il tarixli qərəzli qətnaməsinə də toxunaraq, vurğulayıb ki, bu qətnamə tamamilə Ermənistanın və Avropa Parlamentindəki erməni lobbisinin bəslədiyi yalan məlumatlara əsaslanır, Azərbaycan torpaqlarının 30 illik işğalından irəli gələn reallıqları təhrif edir.

Spiker deyib ki, Avropa Parlamentinin bu qətnaməsi Aİ rəhbərliyinin Cənubi Qafqazda sülhün, sabitliyin və təhlükəsizliyin qorunması istiqamətində son vaxtlar göstərdiyi səylərə də tamamilə ziddir.

Səfir Zakari Qros ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük önəm verdiyini deyib. Səfir iki ölkə arasındakı dialoq və münasibətlərə toxunub, iqtisadi, humanitar və təhsil sahələrində əməkdaşlığı qeyd edib.

Regionda sülh və təhlükəsizliyin təmin olunmasından danışan səfir Z.Qros nəqliyyat və kommunikasiya layihələri, "Şərq-Qərb" nəqliyyat dəhlizinin əhəmiyyətindən danışıb.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barəsində də fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO