Şuşada ilk yaşayış kompleksinin tikintisinə start verilir - 24 bina olacaq

Şuşada ilk yaşayış kompleksinin tikintisinə start verilir - 24 bina olacaq

Hazırda oxunan: Şuşada ilk yaşayış kompleksinin tikintisinə start verilir - 24 bina olacaq

65131

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi şəhərdə ilk yaşayış kompleksinin tikintisinə başlayır.

Bu barədə Bizim.Media-ya İdarədən məlumat verilib.

Bildirilib ki, 6 blokluq yaşayış kompleksi 24 binadan ibarət olacaq və tender ilk iki blokun tikintisi üçün keçirilir. Yaşayış kompleksi şəhərin yuxarı hissində, tanınmış “Realnı” məktəbinin yaxınlığında yerləşən 8 hektarlıq sahədə tikiləcək.

Qeyd olunub ki, açıq tenderdə tikinti işlərini yerinə yetirmək üçün qanunvericiliyə uyğun olaraq lazımi maliyyə, texniki imkanlara və təcrübəyə malik bütün şirkətlər qatıla bilər.

"Tender elanı ilə etender.gov.az portalında tanış olmaq olar. Tenderdə iştirak etmək istəyən təşkilatlar şərtlər toplusunu aldıqdan sonra elanda qeyd olunan ünvana tələb olunan hüquqi sənədlərlə birgə öz təkliflərini ikiqat qapalı zərfdə təqdim edə bilərlər", - məlumadta bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO