Ukraynadan Moldovaya keçmək istəyən zaman qətlə yetirilən azərbaycanlıların nəşi Gəncədə torpağa tapşırılıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, əslən Kəlbəcər rayonundan olub, Gəncənin Gülüstan qəsəbəsində məskunlaşan mərhumlar - Camal Salmanov, İsmayılov Rəhim Əli oğlu, onun qardaşı Nemət və Azər İsmayılovlar Göygöl rayonunda dəfn olunublar.
MÖVZU İLƏ BAĞLI:
Ukraynada öldürülən azərbaycanlıların nəşi Gəncəyə gətirildi
Xatırladaq ki, 27-i ferval tarixində qohumluq əlaqələri olan 40 nəfərdən artıq 8 avtomobilddən ibarət həmyerlilərimiz Odessa vilayətindən Moldova istiqamətində şəxsi təşəbbüsləri ilə təxliyəyə çalışan zaman Kuçurqan sərhəd keçid məntəqəsində naməlum şəxslərin silahlı hücumuna məruz qalıb.
İsmayılov Rəhim Əli oğlu, onun qardaşı Nemət İsmayılov və Azər İsmayılov dünyasını hadisə yerində, Camal Salmanov isə xəstəxanada dünyasını dəyişib.
Dəfn mərasimindən fotoları təqdim edirik:
Məqsəd Rəhimov, Bizim.Media