Nazirlik “Şuşa İli” ilə bağlı müsabiqə elan etdi - Qalib 8 min manat qazanacaq

Nazirlik “Şuşa İli” ilə bağlı müsabiqə elan etdi - Qalib 8 min manat qazanacaq

Hazırda oxunan: Nazirlik “Şuşa İli” ilə bağlı müsabiqə elan etdi - Qalib 8 min manat qazanacaq

65065

Mədəniyyət Nazirliyi 2022-ci ilin “Şuşa İli” elan edilməsi ilə bağlı heykəltaraşlıq müsabiqəsi elan edib.

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, müsabiqənin təşkilində əsas məqsəd Azərbaycan incəsənətinin və mədəniyyətinin mərkəzi kimi qədim tarixə malik Qarabağın baş tacı, Prezident İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərinin zəngin mədəni irsinin təbliği, həmçinin bu irsi özündə təcəssüm etdirən heykəltaraşlıq abidələrinin qorunmasıdır.

Hazırda Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliğini təmin etmək məqsədilə müvafiq işlər aparılmaqdadır.

Müsabiqənin şərtləri: Heykəltaraşlar tərəfindən Şuşa şəhərinin qədim tarixi, mədəniyyəti və dahi şəxsiyyətlərinə aid heykəltaraşlıq nümunələrinin tunc, mərmər və bürünc materialdan heykəl hazırlanaraq Mədəniyyət Nazirliyə təqdim edilməlidir. Təqdim olunan heykəltaraşlıq nümunələrinin minimal 50 sm. olmaqla 1 metr hündürlüyünədək hazırlanması əsas şərtlərdən biridir.

Mükafatlara gəlincə, qalib (1 nəfər) I dərəcəli diplom və 8000 manat, ikinci yerin sahibi (2 nəfər) II dərəcəli diplom və 4000 manat, üçüncü yerin sahibi isə (3 nəfər) III dərəcəli diplom və 3000 manat qazanacaq. 10 nəfərə isə həvəsləndirici mükafat kimi 500 manat ödənəcək.
Heykəltaraşlıq müsabiqəsi 15 mart - 15 iyun 2022-ci il tarixlərində keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO