Rahib Azəri: “Şuşada ilk abidə qəhrəman Azərbaycan əsgərinə qoyulsun”

Rahib Azəri: “Şuşada ilk abidə qəhrəman Azərbaycan əsgərinə qoyulsun”

Hazırda oxunan: Rahib Azəri: “Şuşada ilk abidə qəhrəman Azərbaycan əsgərinə qoyulsun”

64932

“Hər il Novruz tonqalı İçərişəhərdə qalanırdı. Ötən il isə ən böyük tonqal Şuşada qalandı. Bundan böyük sevinc ola bilməz”. 

Bizim Media xəbər verir ki, bu fikirləri “Shusha talks” (“Şuşa söhbətləri”) adlı layihənin təqdimat mərasimindəki çıxışında Əməkdar mədəniyət işçisi, telejurnalist Rahib Azəri deyib. 

Rahib Azəri Şuşanın abidələr şəhəri olmasını arzulayıb:

“Mən Vyanada olanda şəhərdə çoxsayda heykəllərin olduğunu müşahidə etdim. Bu məndə xoş hisslər yaratdı. İstəyirəm ki, Şuşa da abidələr şəhəri olsun. Şuşada ilk abidənin qəhrəman Azərbaycan əsgərinin şərəfinə ucaldılmasını istəyirəm.

Həmçinin Şuşada Milli Konservatoriyanın filialının açılmasını arzulayıram. Şuşada muğamla yanaşı, caz musiqisinin də eşildilməsinin arzusundayam. Bu il Fikrət Əmirovun oğlu Cəmil Əmirovun 65 illik yubileyidir.
Bu münasibətlə Şuşada Cəmil Əmirova yubiley tədbirinin keçirilməsini istəyirəm. Şuşa ilə yanaşı, Xankəndinin, Xocalının azad olunmasını istəyirəm. Öz çəkiliş qrupumla Şuşada çəkilişlər etmək, Şuşanın tarixi abidələrini çəkib bütün dünyaya nümayiş etdirmək arzusundayam”, - deyə Rahib Azəri əlavə edib.

Ülviyyə Həsənqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO