İlham Əliyev BƏƏ-dən gələn nazirə: “Bu, bizim əməkdaşlığımızın yalnız başlanğıcıdır”

İlham Əliyev BƏƏ-dən gələn nazirə: “Bu, bizim əməkdaşlığımızın yalnız başlanğıcıdır”

Hazırda oxunan: İlham Əliyev BƏƏ-dən gələn nazirə: “Bu, bizim əməkdaşlığımızın yalnız başlanğıcıdır”

64882

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhail Al Mazroueinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bizim.Media xəbər verir ki, nümayəndə heyətini salamlayan Prezident İlham Əliyev deyib:

“Hörmətli cənab nazir və nümayəndə heyətinin üzvləri, bir daha xoş gəlmisiniz. Sizi görməyə şadıq. Bu vacib mərasimdə iştirak etmək üçün vaxt ayırdığınıza görə sizə təşəkkür edirəm. Ümidvaram ki, növbəti il biz artıq stansiyanın istismarının başlanğıcını qeyd etmək məqsədilə daha bir mərasim keçirəcəyik.

Bu, həqiqətən də böyük və mühüm əhəmiyyət kəsb edən tədbirdir. Çünki bu stansiya Azərbaycanda tikiləcək belə miqyasda olan ilk günəş elektrik stansiyasıdır. Bu stansiya bu sahədə ən aparıcı şirkətlərdən biri tərəfindən inşa ediləcək və çıxışımda qeyd etdiyim kimi, dost ölkədən olan şirkət tərəfindən. Bu, çox vacibdir.

Düşünürəm ki, bu, bizim əməkdaşlığımızın yalnız başlanğıcıdır. Əminəm ki, başqa sahələrdə olduğu kimi, bərpaolunan enerji sahəsində də biz bir çox imkanları taparaq kəşf edəcəyik. Əlbəttə ki, biz ticarətdə, siyasi təmaslarda yaxşı nəticələr əldə etmişik və iki ölkənin rəhbərləri arasında münasibətlər çox səmimidir.
Əminəm ki, biz bərpaolunan enerji sahəsində uğur qazanacağıq. Dünya enerji bazarında cari vəziyyəti nəzərə alaraq hesab edirəm ki, biz daha geniş mənzərəyə nəzər sala bilərik. Əlbəttə ki, OPEC+ formatında aramızda mükəmməl əməkdaşlıq var. Mən məqsədlərimizə maksimal şəkildə çatmaq üçün potensiala, potensial sərmayələrə və bu sahədə birgə fəaliyyətə daha geniş nəzər salmağı düşünürəm".

Nazir Suhail Al Mazrouei isə çıxışında Prezidentə təşəkkür edib. Görüşdə bir sıra məsələlər müzakirə olunub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO