Deputat toylarda verilən yemək bolluğundan ŞİKAYƏTLƏNDİ: “Bu, israfçılıqdır”

Deputat toylarda verilən yemək bolluğundan ŞİKAYƏTLƏNDİ: “Bu, israfçılıqdır”

Hazırda oxunan: Deputat toylarda verilən yemək bolluğundan ŞİKAYƏTLƏNDİ: “Bu, israfçılıqdır”

64875

“Bəllidir ki, toylarda 15-16 növ yemək verilir. Aydındır ki, bunun hamısını yeyə bilmərik. Bu, sadəcə, israfçılıqdır. Bu fikir yas mərasimi üçün də keçərlidir”. 

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib. 

“Digər tərəfdən, deyirlər ki, bunun qalan hissəsini sabah yenidən süfrəyə qoyacağıq. Bu da qida təhlükəsizliyi baxımından uyğun deyil və AQTA-nın işini artırır. Ümumiyyətlə, digər sahələrdə də belə israfçılığa yol veririk. Hazırda dünyanı ən çox narahat edən problemlərdən biri də ərzaq təhlükəsizliyidir. Ərzaq qıtlığı artıq bir çox ölkədə yaşanır. Ona görə də hökuməti israfçılığın qarşısını almaqla bağlı addımlar atmağa çağırıram”. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO