Milli Qəhrəmanın polis qardaşına əlavə ittiham irəli sürüldü - Avtomobilə atəş açıb

Milli Qəhrəmanın polis qardaşına əlavə ittiham irəli sürüldü - Avtomobilə atəş açıb

Hazırda oxunan: Milli Qəhrəmanın polis qardaşına əlavə ittiham irəli sürüldü - Avtomobilə atəş açıb

64867

Bakıda avtomatla avtomobilə atəş açan sabiq polis rəisi Rza Hacıyevin barəsində əlavə ittiham irəli sürülüb.

Bizim.Media xəbər verir ki, bunu Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Natiq Abdullayev deyib.

O bildirib ki, R.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb:

“Hazırda cinayət işi Baş Prokurorluğun İstintaq idarəsində araşdırılır”.

Xatırladaq ki, R.Hacıyev keçmiş polis rəisi, təqaüddə olan polis polkovnikidir. O, Milli Qəhrəman, Qarabağ müharibəsi şəhidi Əlif Hacıyevin qardaşıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO