Paytaxt yollarındakı tıxacı göstərən məlumat lövhələri niyə işləmir? - SƏBƏB BUDUR

Paytaxt yollarındakı tıxacı göstərən məlumat lövhələri niyə işləmir? - SƏBƏB BUDUR

Hazırda oxunan: Paytaxt yollarındakı tıxacı göstərən məlumat lövhələri niyə işləmir? - SƏBƏB BUDUR

64753

Paytaxt yollarında vəziyyəti, tıxacın olub-olmadığını göstərməli olan məlumat lövhələrinin əksəriyyəti işləmir.

Bizim.Media xəbər verir ki, bu problemin həcmi küçə və prospektə görə dəyişir.

Yaranan problemlə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, Nəqliyyatı İntelektual İdaretəmə Mərkəzinə bağlı olan infrastrukturun təhvil-təslim prosesi başa çatmadığı üçün sistemə tam texniki müdaxilə etmək səlahiyyəti formalaşmayıb:

“Poblemin aradan qaldırılması üçün zəruri addımların təhvil-təslim prosesindən sonra atılması mümkün olacaq”,- deyə idarənin baş inspektoru bildirib.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin tabeliyində olan “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC Daxili İşlər Nazirlyinin tabeliyinə verilib.

Bu barədə Prezident İlham Əliyevin yeddi fevralda imzaladığı “Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərmanında deyilir.

Fərmanda qeyd edilib ki, Agentliyin balansında olan və “Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi”nin funksiyalarının təmin edilməsi üçün zəruri olan dövlət əmlakının və maddi-texniki bazanın Daxili İşlər Nazirliyinin balansına verilməsi bir ay müddətində təmin edilməlidir (trend).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO