Peskov: “Putin bu xəbəri özü açıqlayacaq”

Peskov: “Putin bu xəbəri özü açıqlayacaq”

Hazırda oxunan: Peskov: “Putin bu xəbəri özü açıqlayacaq”

6475

Prezident Vladimir Putin koronavirusa qarşı rus peyvəndini nə vaxt qəbul edəcəyini özü açıqlayacaq.

Bizim.Media xəbər verir ki, fu fikirləri dövlət başçısının mətbuat katibi Dmitri Peskov müvafiq sualı cavablandırarkən deyib.

"Özü məlumat verəcək" deyib Peskov.

Bundan əvvəl Kremlin sözçüsü prezident üçün xüsusi eksklüziv peyvəndin mövcudluğunu inkar etmişdi:

“Rusiya lideri ənənəvi dərmanlardan istifadə edir”.

Peskov dəfələrlə dövlət başçısının aşılandığını jurnalistlərdən gizlətməyəcəyini söyləyib.

26 dekabr şənbə günü Rusiya Səhiyyə Nazirliyi 60 yaşdan yuxarı insanların peyvəndlənməsi üçün Rusiya "Sputnik V" dərmanının istifadəsinə icazə verib.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, bu qrup insanlarda peyvənd  90 faiz effektiv olub. Bu, müayinə zamanı təsdiqlənib.

17 dekabrda böyük bir mətbuat konfransı zamanı Vladimir Putin rus peyvəndi ilə aşılamandığını deyib. Deyib ki, dərmanın indiyə qədər yaş məhdudiyyətləri var.

Dövlət başçısı "mümkün olan kimi" Sputnik V ilə aşılanacağına söz verib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO