Almaniyada Ukraynaya dəstək nümayişləri keçirildi

Almaniyada Ukraynaya dəstək nümayişləri keçirildi

Hazırda oxunan: Almaniyada Ukraynaya dəstək nümayişləri keçirildi

64575

Almaniyanın böyük şəhərlərində Ukraynaya dəstək nümayişləri keçirilib.

Bizim.Media DPA agentliyinə istinadən xəbər verir ki, Berlində keçirilmiş nümayişdə 40 minədək adam iştirak edib. Onlar “Müharibəyə son”, “Müharibəni dayandırın” şüarları səsləndiriblər.

Frankfurtda keçirilən aksiyada iştirak edənlərin sayı 11 000 nəfərdən çox olub. Analoji nümayişlər Ştutqart, Leypsiq və Hamburqda da keçirilib.

40-dan çox QHT və assosiasiyanın təşkil etdiyi nümayişlərdə ölkə üzrə 125 mindən çox adam iştirak edib. Aksiyalarda heç bir ciddi qanun pozuntusu və polislə qarşıdurma qeydə alınmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO