Füzuli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində genişmiqyaslı tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Füzulidə yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi müəyyən edilib.
Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində koronavirus testi pozitiv çıxmış və ev şəraitində müalicə təyin edilmiş rayon sakini İ. Səfərovun karantin qaydalarına zidd davranaraq yaşadığı ünvanı tərk edib bərbərlik fəaliyyəti ilə məşğul olduğu müəyyənləşib.
Həmin şəxs həkimlərin müşayiəti ilə yaşadığı ünvana geri qaytarılıb. Füzuli RPŞ-nin istintaq bölməsində faktla bağlı araşdırma aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:49 / 26.12.2020
Koronavirus xəstəsi bərbərlik fəaliyyəti göstərdi
Hazırda oxunan: Koronavirus xəstəsi bərbərlik fəaliyyəti göstərdi
Hazırda oxunan: Koronavirus xəstəsi bərbərlik fəaliyyəti göstərdi
6456
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.