Türkmənistanda növbəti prezident kim olacaq? – Seçici fəallığı 97% olub 

Türkmənistanda növbəti prezident kim olacaq? – Seçici fəallığı 97% olub 

Hazırda oxunan: Türkmənistanda növbəti prezident kim olacaq? – Seçici fəallığı 97% olub 

64539

Türkmənistanda prezident seçkiləri respublikanın seçki qanunvericiliyinə uyğun keçirilib, açıq və rəqabət şəraitində baş tutub.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu bazar günü keçirdiyi brifinqdə MDB-dən olan müşahidəçilər missiyasının rəhbəri Leonid Anfimov deyib.

“Müstəqil Dövlətlər Birliyindən olan müşahidəçilər missiyası belə qənaətə gəlir ki, Türkmənistanda prezident seçkiləri ölkədə qüvvədə olan seçki qanunvericiliyinə uyğun keçirilib, azad, açıq, rəqabətli, demokratik seçkilərin keçirilməsinin ümumi prinsiplərinə uyğun baş tutub”, deyə o, qeyd edib.

“Türkmənistanda keçirilən prezident seçkilərində MDB-dən olan müşahidəçilər missiyası onların nəticələrinə təsir edə biləcək pozuntuları qeydə almayıb”, Anfimov bildirib.
Mənbə qeyd edir ki, seçici fəallığı ölkədə 97% təşkil edib. 


Ekspertlər növbəti prezidentin sabiq prezident Qurbanqulu Berdiməhəmmədovun oğlu Serdar Berdiməhəmmədovun olacağı proqnozunu verirlər. 

Xatırladaq ki, Qurbanqulu Berdiməhəmmədovun bu dəfə namizədliyi irəli sürülməyib. O, 14 fevral 2007-ci ildən ölkəyə başçılıq edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO