Neçə nəfər SAT imtahanı verib? – DİM-dən AÇIQLAMA

Neçə nəfər SAT imtahanı verib? – DİM-dən AÇIQLAMA

Hazırda oxunan: Neçə nəfər SAT imtahanı verib? – DİM-dən AÇIQLAMA

64502

Dövlət İmtahan Mərkəzinin (DİM) Nəsimi rayonu, Həsən Əliyev küçəsi 299 ünvanında yerləşən inzibati binasında SAT imtahanı keçirilib.

DİM-dən Bizim.Media-ya bildirilib ki, imtahanda 2 əcnəbi olmaqla, ümumilikdə  91 nəfər iştirak edib.

İmtahan binasına gələn iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin edilib.

Növbəti SAT imtahanının mayın 7-də keçirilməsi nəzərdə tutulur. İmtahana qeydiyyatdan keçmək haqqında ətraflı məlumat DİM-in rəsmi internet saytında yerləşdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO