Təhsil naziri Gəncədə təhsil işçiləri ilə görüşdü - FOTO

Təhsil naziri Gəncədə təhsil işçiləri ilə görüşdü - FOTO

Hazırda oxunan: Təhsil naziri Gəncədə təhsil işçiləri ilə görüşdü - FOTO

64471

Təhsil naziri Emin Əmrullayev Gəncə şəhərinə səfəri çərçivəsində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə daxil olan Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonları üzrə təhsil işçiləri ilə görüşüb.  

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, görüşdə qeyd edilən şəhər və rayonlar üzrə yerli təhsili idarəetmə orqanlarının rəhbərləri və məktəb direktorları iştirak ediblər. 

Görüşün keçirilməsində məqsəd bölgələrdə çalışan təhsil işçiləri ilə sıx əlaqə yaratmaq, onların təklif, rəy və təşəbbüslərindən təhsil sahəsində həyata keçirilən islahatlar prosesində istifadə etmək, təhsil müəssisələrində təlim-tərbiyə işinin təşkili və digər məsələlərin müzakirəsi olub.

Tədbirdə təhsil işçilərinin təklifləri dinlənilib və suallar cavablandırılıb. 

Məqsəd Rəhimov Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO