Fərid Şəfiyev:

Fərid Şəfiyev: "Avropa Parlamentində Azərbaycana qarşı qərəzli kampaniya aparılır"

Hazırda oxunan: Fərid Şəfiyev: "Avropa Parlamentində Azərbaycana qarşı qərəzli kampaniya aparılır"

64407

"Uzun illərdir Avropa Parlamentində Azərbaycana qarşı bir qrup formalaşıb. Burada erməni lobbisindən də söhbət gedir. Ancaq müxtəlif digər qruplar da var".

Bizim.Media xəbər verir ki, bunu "Report"a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

Onun sözlərinə görə, Azərbaycan torpaqları işğal altında olan zaman Avropa Parlamenti daha obyektiv mövqe tuturdu: F.Şəfiyev söyləyib ki, bunu qurumun 2009-2011-ci illərdə qəbul etdiyi bəzi qətnamələrdə də görmək mümkündür:

"Ancaq Azərbaycan Vətən müharibəsində qələbə qazandıqdan sonra ölkəmizə qarşı həm fərdi şəkildə (Niderland, Lüksenburq parlamentlərində və s.), həm də Avropa Parlamenti səviyyəsində kampaniya başlayıb.
Avropa Parlamentinin qətnaməsi də bitrərəfli qaydada Azərbaycana qarşı olan bir qətnamədir. Fikrimcə, buna ən yaxşı cavab isə bu il Azərbaycan hökuməti ilə Avropa İttifaqı arasında yeni sazişin imzalanması olacaq. Avropa Parlamentində olan bu qruplar Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin güclənməsini və günişlənməsini istəmirlər".

BMTM-nin İdarə Heyətinin sədri bildirib ki, hazırda üzərində işlənilən sazişdə bir çox şərtləri Azərbaycan diqtə edir:

"Həmin məsələlər də sazişdə öz əksini tapmalıdır. Yeni hazırlanan saziş Azərbaycanın maraqlarına cavab verməlidir. Bütün bu qərəzli qətnamələrə ən yaxşı cavab bu sazişi imzalamaq və Avropa İttifaqı arasında əlaqələri inkişaf etdirməkdir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO