"Cənubi Qafqazda sülh və sabitlik üçün səy göstəririk".
Bizim.Media xəbər verir ki, bunu erməni həmkarı ilə görüşdən sonra Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.
"Bu istiqamətdə səylərimizə hər tərəfdən dəstək görürük. Xüsusən Türkiyə və Ermənistan arasında atılan addımlar və normallaşma prosesindən Azərbaycan da məmnundur. Bu yaxınlarda Bakıda idim. Azərbaycan da bu prosesi dəstəkləyir. Regionda sülh və sabitlik hamının xeyrinədir. Bu istiqamətdə addımlar atmağa davam edəcəyik", - deyə nazir qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
Çavuşoğlu Antalyada Mirzoyanla görüşdü - FOTO/VİDEO
Çavuşoğlu görüşün məhsuldar və konstruktiv keçdiyini vurğulayıb:
“Prezident Ərdoğan və Baş nazir Paşinyanın pozitiv mesajlarından sonra münasibətləri normallaşdırmaq üçün bir proses başlayıb, xüsusi nümayəndələr təyin olunub. Xüsusi nümayəndələr iki dəfə görüşüblər, Moskva və Vyanada. Onlar münasibətləri tam normallaşdırmaq üçün atılacaq addımları müzakirə edirlər. Bu gün biz də bunu müzakirə etdik”.
Bizim.Media