Azərbaycan-Avropa enerji əməkdaşlığı müzakirə olundu

Azərbaycan-Avropa enerji əməkdaşlığı müzakirə olundu

Hazırda oxunan: Azərbaycan-Avropa enerji əməkdaşlığı müzakirə olundu

64316

Antalya Diplomatiya Forumu çərçivəsində energetika naziri Pərviz Şahbazov ilə Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi arasında görüş keçirilib.

Nazirlikdən Bizim.Media-ya verilən xəbərə görə, görüşdə Azərbaycan və Avropa İttifaqı arasında enerji dialoquna dair məsələlər müzakirə edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda İƏT-in yaşıl enerji üzrə mərkəzi yaradılacaq


Enerji dialoqunun Cənub Qaz Dəhlizinin yeni enerji bazarlarına doğru genişlənməsini, dekarbonizasiya, enerji keçidi və bərpa olunan enerji, enerji səmərəliliyi, elektrik enerjisinin ixracı, hidrogen və enerjinin saxlama texnologiyaları üzrə əməkdaşlığı əhatə edən istiqamətləri üzrə intensiv təmasların vacibliyi vurğulanıb. 

Həmçinin, Cənub Qaz Dəhlizinin genişləndirilməsi çərçivəsində Qərbi Balkanlara potensial qaz tədarükündən irəli gələn məsələlərin həlli məqsədilə Avropa Komissiyası və Qərbi Balkan ölkələri ilə dialoqun davam etdirilməsi razılaşdırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO