Ölüm anında ağlımızdan nələr keçir? - Alimlərdən ARAŞDIRMA 

Ölüm anında ağlımızdan nələr keçir? - Alimlərdən ARAŞDIRMA 

Hazırda oxunan: Ölüm anında ağlımızdan nələr keçir? - Alimlərdən ARAŞDIRMA 

64286

Alimlər ilk dəfə ölüm anında insan beyninin fəaliyyətini qeydə alıblar. 

Bizim.Media “Rt.com”a istinadən bildirir ki, alimlər 87 yaşlı epilepsiya xəstəsinin infarktdan dünyasını dəyişdiyi zaman qeydə alınan elektroensefaloqrafiya (EEQ) sayəsində beyin fəaliyyətini araşdırıblar.

Bu yolla alimlər 15 dəqiqəlik beyin fəaliyyətini qeydə ala biliblər.

“Ölüm anında insan beyni insanın həyatındakı mühüm anları sonuncu dəfə xatırlaya bilər”,- deyə qeyd edən doktor Acmal Zemar həmin anda insanın beyin aktivliyində artım olduğunu diqqətə çatdırıb. Lakin eyni nəticənin digər insanların ölüm anında baş verib-verməyəcəyi məsələsi isə sual altındadır. 

“Sevdiklərimizin gözləri bağlı olsa da və bizi eşitmədiklərini sansaq da, beyinləri həyatlarının ən yaxşı anlarını xatırlaya, o anı yaşaya bilər”.

Həmçinin bu araşdırmadan sonra alimlər beyində qan axını dayandıqdan sonra belə, onun qısa müddət ərzində koordinasiyalı şəkildə işləyə biləcəyini müəyyən ediblər. Araşdırmanın ümumi nəticələri isə “Frontiers in the Neuroscience of Aging” jurnalında dərc olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO