Qırğızıstan-Tacikistan sərhədində silahlı insident 

Qırğızıstan-Tacikistan sərhədində silahlı insident 

Hazırda oxunan: Qırğızıstan-Tacikistan sərhədində silahlı insident 

64167

Qırğızıstan və Tacikistan sərhədçiləri arasında atışma olub. 

Bizim.Media xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin (QKNB) Sərhəd Xidməti (PS) məlumat yayıb. 

“Martın 11-də Qırğızıstan və Tacikistan sərhədçiləri arasında növbəti atışma baş verib.

Tacikistan Respublikasının sərhəd naryadı yoldan keçən avtomobillərə daş atmağa başlayıb. Qırğızıstan sərhəd dəstəsi Tacikistan hərbçilərinin qanunsuz hərəkətlərinin qarşısını almaq üçün havaya xəbərdarlıq atəşi açıb. Münaqişəyə daha bir Tacikistan sərhəd dəstəsi müdaxilə edib və onlar Qırğızıstan sərhədçilərinin olduğu müşahidə qülləsini atəşə tutublar” – deyə məlumatda qeyd edilib. 

Bildirilib ki, atışma 20 dəqiqəyə yaxın davam edib, Qırğızıstan tərəfdən ölən və yaralanan olmayıb. 

Qeyd edək ki, martın 10-da Qırğızıstanın Batken vilayətinin Teskei bölgəsində də sərhədin mübahisəli hissəsində iki dövlətin sərhədçiləri arasında atışma olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO