Dünya Güləş Birliyi yeni reytinq cədvəlini açıqlayıb.
Bizim.Media xəbər verir ki, ümumilikdə 14 təmsilçimiz fərqli çəki dərəcələri üzrə ilk "10-luq"da yer alıb.
Yunan-Roma güləşi üzrə 82 kq-da lider dünya çempionu Rafiq Hüseynovdur. O, həm də 77 kq-da 7-ci pillədə qərarlaşıb.
Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) 3-cü, Taleh Məmmədov (63 kq) 5-ci, Murad Məmmədov (60 kq) və Ülvi Qənizadə (72 kq) 7-ci, Həsrət Cəfərov (67 kq) 9-cu və Beka Kandelaki (130 kq) 10-cü pillədə yer alıb.
Sərbəst güləşdə Hacı Əliyev (65 kq) və Osman Nurməhəmmədov (92 kq) 4-cü, Abubəkr Abakarov (86 kq) 5-ci, Turan Bayramov (70 kq) isə 7-cidir.
Qadın güləşçilərimizdən Alena Kolesnik (59 kq) 7-ci, Mariya Stadnik (50 kq) isə 9-cu yerdə qərarlaşıb.
Bizim.Media

- A-
- A
- A+
İdman
18:20 / 10.03.2022
Güləşçilərimizin yeni reytinqi AÇIQLANDI
Hazırda oxunan: Güləşçilərimizin yeni reytinqi AÇIQLANDI
Hazırda oxunan: Güləşçilərimizin yeni reytinqi AÇIQLANDI
64106
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.