Rusiyaya görə Azərbaycanda internet kəsilə bilər – Alternativ yol nədir? 

Rusiyaya görə Azərbaycanda internet kəsilə bilər – Alternativ yol nədir? 

Hazırda oxunan: Rusiyaya görə Azərbaycanda internet kəsilə bilər – Alternativ yol nədir? 

64099

Rusiya qarşı tətbiq olunan cəza tədbirləri kampaniyasının yeni bir mərhələyə qədəm qoyması ehtimal edilir. Belə ki, Rusiyada 11 mart tarixində internetin tamamilə bloklanması və Rusiya internetinin (RuNet) qlobal şəbəkədən ayrılması kimi ssenarilər kütləvi informasiya vasitələri tərəfindən tirajlanır.

Bizim.Media xəbər verir ki, Rusiya internet trafikinin birdəfəlik bağlanması Azərbaycan internet (Aznet) üçün müəyyən ölçülü çətinlik yarada bilər. Nəzərə çatdırmaqda fayda var ki, Azərbaycanda iki iri magistral operator, Delta Telecom və AzerTelecom Rusiya ərazisindən Azərbaycana daxil olan tranzit magistral xətlərə təşkilatçılıq edir. Beləliklə, Rusiyadan Azərbaycana axan internetin xüsusi çəkisi əhəmiyyətli qədərdir. 

Bəs hası alternativ yollar var?

Belə bir zamanda Azərbaycanın alternativ internet vasitələri ilə təmin olunması məqsədəuyğun təkliflərdən biridir. Sözügedən variantlardan ilk sırada gələnləri Starlink və Oneweb peyk operatorlarının ölkədə fəaliyyətinə şərait yaratmaqdır.

İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov bildirir ki, peyk operatorları böyük ərazisi olan regionlar üçün optimaldır.

“Qazaxıstan, Rusiya kimi regionlarda peyk operatorlarının quraşdırılması effektivdir. Azərbaycan isə kiçik bir ölkədir, buna baxmayaraq hazırda yeni nazirliyin komandası tərəfindən Azərbaycanda internet çəkilişi üzrə böyük işlər aparılır”.

Fərid Kazımovun dediyinə görə, indiyədək regionlara internetin çəkilişi “ADSL” texnologiyası üzrə təmin olunurdusa, hal-hazırda Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyi daha sürətli genişzolaqlı internet texnologiyası üzərindən internetin təmin olunması istiqamətində çalışır.

“Bakıda istifadə etdiyimiz internet, əsasən, genişzolaqlıdır. Artıq yalnız rayon mərkəzləri, rayon mərkəzi yaxınlığı kəndlər deyil, ucqar kəndlərə də genişzolaqlı internet çəkiləcəkdir. Əgər hansısa dağ kəndinə şəbəkənin çəkilişi problemdirsə, orada mobil internet xidmətləri, yəni sırf olaraq simsiz internet xidmətlərindən istifadə yönümlü işlər gedir. Ucqar dağ kəndlərinin internetlə təmin olunması simsiz texnologiyalar üzrə qurulacaqdır”.

O eyni zamanda Azərbaycanda internet sahəsində yetərincə resursun olduğunu da dilə gətirib.

“Əgər Starlink-ə oxşar texnologiyalar bütün dünyanı əhatə etsə, Azərbaycana da təklif olunacaq. O halda peyk operatorlarının istifadəsi müzakirə oluna bilər. İndi isə bu məsələ sadəcə böyük sual altındadır”.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO