Bakıda keçmiş məhkum yenidən həbs edildi - VİDEO

Bakıda keçmiş məhkum yenidən həbs edildi - VİDEO

Hazırda oxunan: Bakıda keçmiş məhkum yenidən həbs edildi - VİDEO

64086

Paytaxtın Nizami rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs həbs edilib.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, əməliyyat zamanı əvvəllər də narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunmuş Reza Dolatabadi tutularaq istintaqa təqdim edilib.

Onun üzərinə baxış zamanı külli miqdarda - 13 qram narkotik vasitə tiryək və 10 qram psixotrop maddə metamfetamin aşkarlanıb. Həmçinin saxlanılan şəxsin mənzilindən metamfetamin qəbul etrmək üçün nəzərdə tutulan kustar üsulla hazırlanan avadanlıqlar da aşkar olunub.

Araşdırma nəticəsində müəyyən edilib ki, Reza Dolatabadi narkotik vasitələrin paytaxt ərazisində satışı ilə məşğul olub.

Faktla bağlı saxlanılan şəxs barəsində toplanan materiallar Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Reza Dolatabadinin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.

Bizim.Media
 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO