Qusarda quldurluq edən şəxslər həbs edildi

Qusarda quldurluq edən şəxslər həbs edildi

Hazırda oxunan: Qusarda quldurluq edən şəxslər həbs edildi

64026

Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. 

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. 

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq etməklə zərərçəkmişə ümumilikdə 2000 ABŞ dolları və 190 manat ziyan vurmaqda şübhəli bilinən rayon sakini Zərbəli Çigəliyev və Şirvan şəhər sakini Xəqani Günəşov saxlanılıblar.

Həmin şəxslərin zərərçəkmişə məxsus evə gizlin daxil olaraq hədə-qorxu gələrək quldurluq etmələri müəyyən edilib. 

Faktla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO