Bakıda telefon xətti oğurlandı

Bakıda telefon xətti oğurlandı

Hazırda oxunan: Bakıda telefon xətti oğurlandı

64008

Xəzər rayonu Qala qəsəbəsi ərazisində telefon rabitə xətti naməlum şəxs tərəfindən kəsilərək oğurlanıb.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. 

Müvafiq qurumdan Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə müraciət edilərək ümumilikdə 220 metr naqilin oğurlandığı barədə məlumat verilib.

Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı telefon-rabitə xəttini oğurlanmaqda şübhəli bilinən Şəki şəhər sakini Fərahim Əliyev saxlanılıb.

Onun idarə etdiyi avtomobildən oğurladığı naqilin bir hissəsi aşkar edilib. Naqilin qalan hissəsini isə o, əlvan metal qəbulu məntəqələrindən birinə satdığını bildirib. 

Faktla bağlı 3-cü Polis Şöbəsində toplanan materiallar Xəzər Rayon Polis İdarəsinə göndərilib. 

"Fərahim Əliyevin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına və ya Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə məlumat verə bilərlər", - məlumatda qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO