Martın 10-13-də Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə Bakıda ilk dəfə dünya çempionatı keçiriləcək. Qeydiyyat siyahısına əsasən yarışlarda 17 ölkədən 170 gimnast iştirak edəcək.
Bizim.Media Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, dörd gün davam edəcək yarışda idmançılar qadın, kişi və qarışıq cütlükləri, eləcə də qadın və kişi qrupları proqramlarında balans, temp və qarışıq hərəkətlər üzrə çıxış edəcəklər.
Yarışda ölkəmizi gənclər arasında Avropa çempionları Daniel Abbasov və Murad Rəfiyev kişi cütlüklərin yarışında təmsil edəcəklər.
Qarışıq cütlüklər tərkibində isə beynəlxalq turnirlərin qalibləri Sabir Ağayev və Mehriban Salamova, Avropa çempionatının gümüş və bürünc mükafatçıları Ağasif Rəhimov və Raziyə Seyidli mübarizə aparacaqlar.
Xatırladaq ki, 2018-ci ildə ölkəmiz ilk dəfə akrobatika gimnastikası üzrə dünya kuboku turnirinə, bu il martın 3-dən 6-dək isə 12-ci dünya yaş qrupları yarışlarına ev sahibliyi edib.
Bizim.Media
- A-
- A
- A+
İdman
16:18 / 09.03.2022
Bakıdakı dünya çempionatına 17 ölkədən 170 idmançı qatılacaq
Hazırda oxunan: Bakıdakı dünya çempionatına 17 ölkədən 170 idmançı qatılacaq
Hazırda oxunan: Bakıdakı dünya çempionatına 17 ölkədən 170 idmançı qatılacaq
63875
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.