Bakının Baş Planı dövlət qurumları ilə razılaşdırıldı - Növbəti 20 ildə...

Bakının Baş Planı dövlət qurumları ilə razılaşdırıldı - Növbəti 20 ildə...

Hazırda oxunan: Bakının Baş Planı dövlət qurumları ilə razılaşdırıldı - Növbəti 20 ildə...

63874

Bakının 2020-2040-cı illəri əhatə edən Baş Plan layihəsinin aidiyyəti dövlət qurumları ilə razılaşdırılması işləri yekunlaşdırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatda bildirilir. 

Sənəddə həmçinin deyilir ki, ötən il Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı ilə yanaşı, Gəncə, Goranboy, Gədəbəy, Astara, Dəliməmmədli, Qovlar, Göytəpə şəhərlərinin baş planlarının hazırlanması ilə bağlı işlər davam etdirib.

Xatırladaq ki, Bakının Baş Planının ilkin versiyası 2020-ci ilin oktyabrın 9-da ictimaiyyətə təqdim edilib. 

Layihə paytaxtın 213 500 hektarlıq bütün inzibati ərazisini əhatə etməklə növbəti 20 ildə şəhərin əsas inkişaf prioritetlərini, o cümlədən güclü və dayanıqlı inkişafı təmin edəcək mütəşəkkil çoxmərkəzli şəhər, ərazilərdən kompleks istifadə nəticəsində formalaşan davamlı şəhər mühiti, mədəni və tarixi-memarlıq irsinin qorunması, habelə post-sənaye dövrünə keçidi təmin edəcək yeni şəhər iqtisadiyyatı məsələlərini özündə ehtiva edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO