Müəllimlərin işə qəbulu üzrə müsahibələr başa çatdı 

Müəllimlərin işə qəbulu üzrə müsahibələr başa çatdı 

Hazırda oxunan: Müəllimlərin işə qəbulu üzrə müsahibələr başa çatdı 

6382

Müəllimlərin işə qəbulu müsabiqəsinin ilk 3 turu üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan vakansiyalara işə qəbul olunmuş şəxslər üçün həyata keçirilən onlayn müsahibələr başa çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Məlumata görə, 14-24 dekabr tarixlərini əhatə edən müsahibələrdə 2 209 namizəd iştirak etmək hüququ qazanıb.

"Microsoft Teams" proqramı üzərindən onlayn formatda təşkil olunan müsahibələrdə ümumilikdə 2 196 namizəd iştirak edib. Hərbi xidmətdə olduğu üçün onlayn müsahibə mərhələsində iştirak edə bilməyən şəxslər üçün növbəti müsahibələrdə yenidən müraciət etmək imkanı yaradılması nəzərdə tutulub.

Qeyd edək ki, müsahibələrin nəticələri ilə bağlı məlumatlar tezliklə namizədlərin şəxsi səhifələrinə göndəriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO