“Baku-2015” Avropa Oyunlarının saytını kim dağıdıb? - FOTOFAKT

“Baku-2015” Avropa Oyunlarının saytını kim dağıdıb? - FOTOFAKT

Hazırda oxunan: “Baku-2015” Avropa Oyunlarının saytını kim dağıdıb? - FOTOFAKT

63813

Azərbaycanın 2015-ci ildə ev sahibliyini etdiyi ilk Avropa Oyunlarının internet səhifəsində müəmmalı hadisələr baş verir. Belə ki, “Baku2015.com” internet adresinə daxil olan şəxslər Bakıda keçirilmiş oyunlar haqqında məlumatları deyil, “pul qazandıran” mərc oyunlarının elanları çıxır. 

Məsələ ilə bağlı Bizim.Media olaraq Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev ilə əlaqə saxladıq.

Qurum rəsmisi bildirir ki, məsələ araşdırılır:

“Sözügedən məsələ ilə bağlı hazırda araşdırma gedir. Nəticə ilə bağlı ətraflı məlumat veriləcək”.

Məsələ ilə bağlı araşdırmamız davam edir. Qeyd edək ki, I Avropa Oyunları Bakıda 2015-ci il 12-28 iyun tarixlərində keçirilib.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO