Milli Məclisin bu gün keçirilən iclasında “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi birinci oxunuşda müzakirə edilib.
Bizim.Media bildirir ki, Qanuna dəyişiklikdə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların uşaqlarına da sosial müavinət verilməsi təklif edilir.
Bununla bağlı qanuna aşağıdakı dəyişikliklər təklif edilir:
"4.0.1.8. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət;"
"7.0.8. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət - şəxs müddətli həqiqi hərbi xidmətdə olduqda;"
"9.1.7. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət - müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının həqiqi hərbi xidmətdə olduğu müddətə;".
Hərbi qulluqçuların uşaqlarına sosial müavinət şəxs müddətli həqiqi hərbi xidmətdə olduqda təyin olunacaq. Qanuna təklif edilən dəyişikliyə əsasən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqda və ya vəfat etdikdə müavinətlərin ödənişi dayanacaq.
Qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.
Bu Qanun 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:29 / 25.12.2020
Bu hərbçilərin uşaqlarına sosial müavinət veriləcək
Hazırda oxunan: Bu hərbçilərin uşaqlarına sosial müavinət veriləcək
Hazırda oxunan: Bu hərbçilərin uşaqlarına sosial müavinət veriləcək
6378
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.