Göygöldə maşın körpüdən dərəyə aşdı - FOTO

Göygöldə maşın körpüdən dərəyə aşdı - FOTO

Hazırda oxunan: Göygöldə maşın körpüdən dərəyə aşdı - FOTO

63748

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Göygöl rayonundan keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Hyundai” markalı minik avtomobilinin sürücüsü 1995-ci il təvəllüdlü Zülfiqar Məmmədov idarə etməni itirib və nəticədə maşın körpüdən dərəyə aşıb.

Qəza zamanı ağır xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO