Mariya Stadnikdən ukraynalı güləşçilərin ailələrinə MÜRACİƏT

Mariya Stadnikdən ukraynalı güləşçilərin ailələrinə MÜRACİƏT

Hazırda oxunan: Mariya Stadnikdən ukraynalı güləşçilərin ailələrinə MÜRACİƏT

63662

Azərbaycanın Ukrayna əsilli titullu qadın güləşçisi Mariya Stadnik müharibə ilə əlaqədar ölkəsində bu idman növü ilə məşğul olanların ailələrinə müraciət ünvanlayıb.

Bizim.Media xəbər verir ki, dördqat olimpiya mükafatçısı, ikiqat dünya və səkkizqat Avropa çempionu bununla bağlı özünün instaqram səhifəsində paylaşım edib.

O, Rusiya ordusunun hücumu nəticəsində evləri dağılmış idmançılara yardım etməyə hazır olduğunu bildirib:

"Ukraynanın hörmətli güləşçiləri. Həyat yoldaşlarınız və uşaqlarınızın təhlükəsizliyini təmin etmək istəyirsinizsə, biz sizə dəstək olmağa hazırıq. Onların qidalanması və sağlamlıqlarının qorunması üçün Almaniyada təhlükəsiz yaşayış məkanı tapa bilərik. Bunun üçün "[email protected]" ünvanı ilə əlaqə saxlaya bilərsiniz".

Qeyd edək ki, Mariya Stadnik daha əvvəl Bakıda Ukraynaya dəstək aksiyasına görə Azərbaycana təşəkkür edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO