Yaponiya Rusiyaya etirazını bildirdi – RƏSMİ AÇIQLAMA

Yaponiya Rusiyaya etirazını bildirdi – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Yaponiya Rusiyaya etirazını bildirdi – RƏSMİ AÇIQLAMA

63627

Yaponiya hökuməti bu ölkənin adının dost olmayan ölkələr və ərazi vahidləri siyahısına daxil edildiyinə görə Rusiyaya etirazını bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno martın 8-də keçirilən ənənəvi mətbuat konfransı zamanı bəyan edib.

“Yaponiyanın Rusiya tərəfindən dost olmayan ölkə kimi elan edilməsi təəssüf doğurur və biz bununla əlaqədar etirazımızı bildirmişik”, - deyə baş katib bildirib.



Xatırladaq ki, Rusiya hökuməti martın 7-də bu ölkəyə və onun vətəndaşlarına qarşı dost münasibəti göstərməyən xarici dövlətlərin və ərazilərin siyahısını təsdiq edib. Siyahıda Yaponiya da yer alıb. Həmin ölkələr və ərazilər Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatlara başlaması ilə əlaqədar Moskvaya qarşı sanksiyalara qoşulublar.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO