Fransadan Çinə xəbərdarlıq: Uyğur türklərinin problemləri həll olunmasa...

Fransadan Çinə xəbərdarlıq: Uyğur türklərinin problemləri həll olunmasa...

Hazırda oxunan: Fransadan Çinə xəbərdarlıq: Uyğur türklərinin problemləri həll olunmasa...

6362

Çinin Sincan əyalətində pambıq sahələrində məcburi şəkildə işlədilən yarım milyon uyğurların problemi həll olunmadıqca Çin – Avropa Birliyi razılaşması imzalanmayacaq.

Bizim.Media xəbər verir ki, bunu Fransanın xarici ticarət naziri Frank Rister deyib.

O qeyd edib ki, Pekin Beynəlxalq Əmək Təşkilatının Razılaşmasını təsdiqləyərsə, rəsmi Paris Çin – AB razılaşmasını dəstəkləyəcək.

“Razılaşmanın təsdiqlənməsi Fransanın qırmızı xəttidir. Məcburi şəkildə insanların işlədilməsinə qarşı Çinlə mübarizə aparmasaq, vəziyyət düzəlməyəcək. Belçika, Lüksemburq, Niderland və Almaniya kimi bir çox Avropa ölkəsi bu mövzuda Fransanın mövqeyini dəstəkləyir”.

Xatırladaq ki, araşdırmaçı Adrian Zenzin hesablamalarına görə, yarım milyon uyğur Çinin pambıq istehsal edilən bölgələrində zorla işlədilir. 

Bu məsələ keçən həftə Avropa Parlamenti tərəfindən qınanaraq “İnsanlığa qarşı qanun pozuntusu” kimi qiymətləndirilib.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO