Hulusi Akardan Ukraynadakı müharibə ilə bağlı AÇIQLAMA: “Türkiyə lazımi addımları atır”

Hulusi Akardan Ukraynadakı müharibə ilə bağlı AÇIQLAMA: “Türkiyə lazımi addımları atır”

Hazırda oxunan: Hulusi Akardan Ukraynadakı müharibə ilə bağlı AÇIQLAMA: “Türkiyə lazımi addımları atır”

63440

Rusiya ilə Ukrayna arasında yaranan gərginliyi kədər və narahatlıqla izləyirik. Bölgədə yaranmış humanitar böhran, baş verən ölüm halları qəbuledilməzdir. Bizim həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətlərimiz var.

Türkiyə Respublikası olaraq bu əlaqələri davam etdirərək atəşkəsin, sabitliyin, sülhün və əmin-amanlığın ən qısa zamanda bərqərar olması, danışıqlar yolu ilə iki ölkə arasındakı problemlərin həlli üçün başda Prezidentimiz Rəcəb Tayyib Ərdoğan olmaqla gecə-gündüz demədən bütün səviyyələrdə danışıqlarımızı davam etdiririk.

Bizim.Media xəbər verir ki, bu sözləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar ifadə edib.

Bölgədə sülh və sabitliyin tezliklə bərqərar olması üçün ölkəsi tərəfindən lazımi bütün addımların atıldığını qeyd edən nazir Türkiyənin qarşılıqlı dialoqun mümkün qədər tez başladılmasının tərəfdarı olduğunu deyib.

Ukraynadakı Türkiyə vətəndaşlarının təhlükəsizliyi və onların vaxt itirmədən təxliyəsinin vacibliyini vurğulayan Hulusi Akar bildirib ki, bütün bunların həyata keçirilməsi üçün bir an əvvəl atəşkəs elan edilməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO