Çörək sexinin işçisi müştəri tərəfindən bıçaqlandı

Çörək sexinin işçisi müştəri tərəfindən bıçaqlandı

Hazırda oxunan: Çörək sexinin işçisi müştəri tərəfindən bıçaqlandı

63399

Gəncədə bıçaqlanma hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin "Köhnə Yevlax Avtovağzal"ı adlanan ərazisinin yaxınlığında yerləşən çörək sexlərinin birində qeydə alınıb.

1988-ci il təvəllüdlü Araz Xəlilov sol  diz nahiyəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib.Dərhal xəstənin yarası tikilib, vəziyyətinin kafi olduğu bildirilir. 

Məlumata əsasən A.Xəlilov çörək sexinə gələn müştəri tərəfindən bıçaqlanıb. 

Belə ki, müştəri bir neçə dəfə sexdə  mübahisə edib. Bu gün səhər saatlarında müştəri çörək sexinə gələrək sexin işçisi A. Xəlilovla növbəti dəfə mübahisə edib və ona bıçaqla xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO