İqtisadiyyat Nazirliyində BMT-nin Məskunlaşma Proqramının (UN Habitat) icraçı direktoru Maimunah Mohd Şəriflə görüş keçirilib.
Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, nazirinin müavinləri Sevinc Həsənova və Sahib Məmmədovun, həmçinin Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə Azərbaycanın BMT-nin qurumları ilə səmərəli əməkdaşlığı vurğulanıb, 2030-cu ilədək Azərbaycanın Milli İnkişaf Prioritetləri barədə məlumat verilib, strateji məqsədlərin DİM-lərlə sıx uzlaşdığı və bunun əməkdaşlığın inkişafına töhfə verdiyi qeyd edilib.
Bildirilib ki, 2021-ci il üzrə DİM-lərin nailiyyət indeksində Azərbaycan 165 ölkə arasında 55-ci yerdə qərarlaşıb. Azərbaycan regionda BMT-nin “Dünyamızın transformasiyası: dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrası ilə bağlı görülmüş işlərin yekunu barədə BMT-yə artıq 3-cü Könüllü Milli Hesabatını təqdim edən ilk ölkədir.
Diqqətə çatdırılıb ki, Azərbaycan ərazilərini işğaldan azad edib və işğal nəticəsində ciddi dağıntıya məruz qalmış ərazilərimizin bərpası və məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qayıdışı üçün şərait yaranıb.
Bu ərazilərin yenidənqurulması ilə bağlı görülən işlər barədə ətraflı məlumat verilərək, inventarlaşma, təbii ehtiyatların iqtisadi dövriyyəyə cəlb olunması, biznes mühitinin təşviqi, sənaye zonalarının yaradılması, şəhərsalma və planlaşdırma işləri vurğulanıb, prosesdə UN Habitatın təcrübəsindən istifadə imkanları qeyd edilib.
BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Maimunah Mohd Şərif Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, Proqram çərçivəsində müxtəlif ölkələrdə görülən işlər barədə danışıb.
Maimunah Mohd Şərif Azərbaycanda inklüziv, təhlükəsiz, dayanıqlı şəhər inkişafının təşviqi, habelə UN-Habitatla əlaqələrin möhkəmləndirilməsi barədə fikirlərini bölüşüb.
Tərəflər “2030 Dayanıqlı İnkişaf Gündəliyi”ndən irəli gələn DİM-lərin milli səviyyədə tətbiqinin genişləndirilməsi, işğaldan azad olunmuş ərazilərimizin bərpası və yenidən qurulması, UN Habitatın Yeni Şəhər Gündəliyi barədə müzakirə aparıblar.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
20:07 / 05.03.2022
Azad olunmuş ərazilərin bərpası BMT ilə müzakirə edildi
Hazırda oxunan: Azad olunmuş ərazilərin bərpası BMT ilə müzakirə edildi
Hazırda oxunan: Azad olunmuş ərazilərin bərpası BMT ilə müzakirə edildi
63350
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.