Maksim Şevçenko: Ruslar heç Rusiyada belə yaşamırlar - VİDEO

Maksim Şevçenko: Ruslar heç Rusiyada belə yaşamırlar - VİDEO

Hazırda oxunan: Maksim Şevçenko: Ruslar heç Rusiyada belə yaşamırlar - VİDEO

6334

Rusiyalı politoloq jurnalist Maksim Şevçenko İsmayıllıya səfəri zamanı çəkilən görüntüsünü paylaşıb.

Bizim.Media xəbər verir ki, o, İvanovka kəndində çəkiliş apararaq orada yaşayan rusların həyat tərzindən danışıb.

“Mən rus kəndi İvanovkadayam. Bura Azərbaycanın ürəyində - İsmayıllı rayonunda yerləşir. Burada 2 min nəfər rus yaşayır. Onların öz kolxozu var. Kolxoz bir zamanlar ümummilli lider Heydər Əliyev tərəfindən təltif olunan çox gözəl bir insan – Nikitinin adını daşıyır”, - deyə o bildirib.

Sujetdə İvanovka kəndində yaşayan rusların şəraitindən, məşğuliyyətindən və dövlətin onlara göstərdiyi qayğıdan söhbət açılıb.

Kolxozun nümayəndəsi Olqa Jabina bildirib ki, biz özümüzü azərbaycanlı ruslar adlandırırıq. O bildirib ki, Qarabağ müharibəsi zamanı kəndlərindən bir nəfər şəhid olub. 

“Biz Azərbaycan vətəndaşıyıq. Dövlətin bizə xüsusi diqqəti və qayğısı var. Bir müddət əvvəl kəndimizdə yeni məktəb, müasir texnika ilə təmin olunan xəstəxana və uşaq bağçası tikilib. Biz burada çox rahat və xoşbəxtik. Qarabağ müharibəsində kəndimizdən bir oğlan şəhid olub. Onu bütün kənd bir yerdə dəfn etdik”, - deyə o bildirib.

Daha sonra Şevçenko digər kənd sakinləri ilə söhbətini davam etdirib. Kənd sakinləri bildiriblər ki, Azərbaycan müxtəlif xalqlarının yaşadığı və həyat tərzləri və dini etiqadlarında azad olan bir ölkədir. 

Şevçenko sujetini kənd sakini olan bir rusun dəfni zamanı çəkilən görüntülərlə bitirib. O, burada hamının öz adət-ənənəsinə uyğun yaşayıb və dəfn edildiyini deyib.

“Rus milləti burada öz doğma Azərbaycan torpağında belə yaşayıb və bu cür də həyatını tərk edir. Əgər siz eşitsəniz ki, bu müharibə dinlər arasında xaçpərəst və müsəlmanlar arasında gedir, inanmayın. Gəlin, rusların Azərbaycanda necə yaşadıqlarını özünüz görün. Hətta onlar Rusiyada bu cür yaşamırlar”, - deyə o, sözlərini tamamlayıb.

Sözügedən videonu təqdim edirik:

Vüsalə Balayeva, Bizim.Media

 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO