Problemli yollara görə avtomobilləri sıradan çıxan sürücülərin DİQQƏTİNƏ: “Bu qurumlara müraciət edin”

Problemli yollara görə avtomobilləri sıradan çıxan sürücülərin DİQQƏTİNƏ: “Bu qurumlara müraciət edin”

Hazırda oxunan: Problemli yollara görə avtomobilləri sıradan çıxan sürücülərin DİQQƏTİNƏ: “Bu qurumlara müraciət edin”

63175

Gündəlik maşın və digər nəqliyyat vasitələrindən istifadə edən şəxslər yolların problemli olmasından şikayətlənirlər. Yollardakı problemlər isə maşınların sıradan çıxması və sonda qəza hallarına səbəb olur. Sürücülər çox zaman dəymiş zərərlə bağlı hara müraciət edəcəklərini bilmirlər və bu mövzuda maarifləndirmə çox azdır.

Nəqliyyat eksperti Elməddin Muradlı Bizim.Media-ya açıqlamasında da bu faktı təsdiqləyərək, zərərlə bağlı məsuliyyəti daşıyan qurumlar haqqında danışdı:

“Azərbaycanda yol hərəkətinin təşkili ilə bağlı bir sıra qurumlar məsuliyyət daşıyır. Avtomobil Yolları Dövlət Agentliyi, Rayon İcra Hakimiyyətləri eləcə də bələdiyyələr yolların çəkilməsinə, saxlanılmasına cavabdehdirlər.
 

MÖVZU İLƏ BAĞLI:

Bakı-Quba yolu BU TARİXDƏN hissəli şəkildə təmir olunacaq - RƏSMİ


Sözsüz ki, Yol Polisinin həmçinin Bakı Nəqliyyat Agentliyinin də burada məsuliyyəti var. Yollarda nişanların, işıqlandırmanın olmaması, nişanlanma xətlərinin silinməsi, yollarda yaranan kələ-kötürlükdən sürücüyə dəymiş ziyana görə, həmin əraziyə cavabdeh olan qurum məsuliyyət daşıyır”.

Ekspert sürücülərin bu mövzuda məlumatlandırılmağını vacibliyini qeyd edərək, dəymiş zərərin ödənilməsi qaydalarını açıqlayıb:

“Çox təəssüflər olsun ki, bu gün məhəllədaxili, ümumi istifadə olunan intensiv gediş-gəlişli yollar var ki, bərbad vəziyyətdədir və sürücülər əziyyət çəkirlər. Bu halda mütləq ki, dəymiş zərəri aktlaşdırmaq lazımdır. Sürücü Yol Polisinə bu problemi qeydiyyata aldırmalı və daha sonra aidiyyatı üzrə məhkəməyə müraciət etməlidir. Adıçəkilən qurumları cavabdeh qismində məhkəməyə cəlb edib, dəymiş zərərin miqdarını müəyyən etmək olar”.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO