Maştağadakı Ruhi Əsəb Dispanserində xəstələr istismar olunur? - Nazirlikdən AÇIQLAMA

Maştağadakı Ruhi Əsəb Dispanserində xəstələr istismar olunur? - Nazirlikdən AÇIQLAMA

Hazırda oxunan: Maştağadakı Ruhi Əsəb Dispanserində xəstələr istismar olunur? - Nazirlikdən AÇIQLAMA

63168

“Respublika Psixiatriya Xəstəxanasından bildirilib ki, stasionar müalicədə olan xəstələr heç bir fiziki istismara məruz qalmırlar”.

Bu sözləri Səhiyyə Nazirliyi Bizim.Media-nın göndərdiyi sorğuya cavab olaraq bildirib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, şikayətdə qeyd olunan məslələr həqiqəti əks etdirmir:

“Bütün şöbələr işlərin görülməsi üçün müvafiq olaraq təsərrüfat bacıları, xadim və xadimələr, mətbəx işçiləri ilə təmin olunublar. Şöbələrdə müalicə olunan xəstələrin nəinki mətbəxdə işləməsi, mətbəxə daxil olması belə qadağandır. Bu qadağa istər sanitariya, istər xəstələrin təhlükəsizliyi baxımından qoyulub”.
 

MÖVZU İLƏ BAĞLI:

Maştağadakı Ruhi Əsəb Dispanserində QAN DONDURAN vəziyyət - “Xəstələri sağa-sola işlədirik” - FOTO


Qeyd edək ki, ötən günlərdə 1 saylı Ruhi Əsəb Dispanserindən redaksiyamıza daxil olan şikayətlə bağlı oxucuları məlumatlandırmışdıq. Sözügedən şikayətdə xəstə qadınların fiziki şiddətə məruz qalması bildirilirdi.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO