Qrossmeyster FIDE Qran-prisində növbəti görüşünü keçirəcək

Qrossmeyster FIDE Qran-prisində növbəti görüşünü keçirəcək

Hazırda oxunan: Qrossmeyster FIDE Qran-prisində növbəti görüşünü keçirəcək

63073

Bu gün Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Serbiyanın paytaxtı Belqradda təşkil olunan FIDE Qran-prisində növbəti görüşünü keçirəcək. 

Bizim.Media xəbər verir ki, 37 yaşlı qrossmeyster D qrupundakı dördüncü qarşılaşmasında ağ fiqurlarla çinli Yu Yanqyu ilə üz-üzə gələcək. 

Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Məmmədyarov ilk turda Yanqyu ilə, ikinci, üçüncü turda isə müvafiq olaraq fransalı Maksim Vaşye-Laqrav və rusiyalı Aleksandr Predke ilə bərabərə qalıb. Qrupdakı hər şahmatçının aktivində 1,5 xal var. 

Qeyd edək ki, FIDE Qran-prisinin II mərhələsinə martın 14-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 000 avrodur.

Hər şahmatçı Qran-prinin yalnız iki mərhələsinə qatıla bilər. Ümumi hesabda ən yaxşı iki qrossmeyster İddiaçılar Turnirində iştirak hüququ əldə edəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO