Ukraynadakı müharibə maşın bazarında bahalaşma yaradacaq? – Ekspertin RƏYİ

Ukraynadakı müharibə maşın bazarında bahalaşma yaradacaq? – Ekspertin RƏYİ

Hazırda oxunan: Ukraynadakı müharibə maşın bazarında bahalaşma yaradacaq? – Ekspertin RƏYİ

63016

Hal hazırda Azərbaycana gətirilən xarici avtomobillərin böyük hissəsi Rusiya və Ukrayna zavodlarında yığılır. Başlıca səbəb Rusiya və Ukraynadan avtomobillərin rüsumsuz gəlməsidir.

Belə ki, müştəri avtomobili Rusiyadan sifariş etdikdə gömrük xərclərinə 1000-3000 manat qənaət etmiş olur.

Ən son vəziyyət onu əks etdirir ki, Avropanın bir çox avtomobil şirkəti Rusiyada istehsalını dayandırıb və Ukraynanın durumu isə hələ uzun müddət bu sənayenin bərpasına imkan verməyəcək. İqtisadi gecikmələr və əməkdaşlığın pozulmasının təsirləri isə Azərbaycanda maşın idxalından da yan keçməyəcək.

Vəziyyəti Bizim.Media-ya şərh verən iqtisadçı-ekspert Pərviz Heydərovun sözlərinə görə, ölkəmizə avtomobil idxalında Rusiya və Ukrayna marşrut baxımından daha çox əhəmiyyətli rola malikdir.

“Təbii ki, Rusiya istehsalı avtomobillər də daxili bazarımızda mühüm paya sahibdir. Bütün bu qeyd olunanlar baxımından, məlum hadisələr ölkəmizə avtomobil idxalı sahəsində də problemlər yaradacaq. Daxili bazarda satış azalacaq və qiymətlərin bir az da bahalaşağı qaçılmaz olacaq”. 

İqtisadçı-ekspert maşın bazarında risklərin yaşanacağını da ehtimal edir:

“Mənə elə gəlir ki, bəlkə də ən böyük mənfi təsirlər bu sahədə özünü göstərəcək. Maşın bazarı bir müddət tərəddüdlər yaşayacaq”.

Mia Quliyeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO