BMT-nin Azərbaycanda paslanan QƏTNAMƏLƏRİ Ukrayna üçün işləyəcəkmi?

BMT-nin Azərbaycanda paslanan QƏTNAMƏLƏRİ Ukrayna üçün işləyəcəkmi?

Hazırda oxunan: BMT-nin Azərbaycanda paslanan QƏTNAMƏLƏRİ Ukrayna üçün işləyəcəkmi?

63001

Ötən günlərdə BMT Rusiyanın Ukraynaya təcavüzünü pisləyən qətnamə qəbul edib. Qətnamə adı gələndə bütün duyğu orqanlarımız təəssüf vəziyyəti alır. Çünki bu qurum elə 4 qətnaməni də Azərbaycanın işğal olunmuş ərazisi ilə bağlı qəbul etmişdi.

Bəs bu qətnamələrin məğzi nədir. Yəni heç bir “işə yaramayan” bu sənədlər nə əhəmiyyət kəsb edir? Bu beynəlxalq hüququn tələbi olan sadəcə, kağız-kuğuz işidir? 
 

MÖVZU İLƏ BAĞLI:

Bu ölkələr Rusiyaya qarşı BMT qətnaməsini dəstəkləmədilər


Bizim.Media-nın suallarını cavablayan hüquqşünas Anar Mövsümoğlu: “Beynəlxalq hüquqda, xüsusən də BMT-də məhkəmə müdafiəsi və ya məcburi mexanizmlər olmadığı üçün belə qətnamələr havada qalır” - deyə fikrini bildirib.

- Bəs bu cür sənədlərin qəbul edilməsi səbəbləri nədir?

“İlk növbədə ölkələri çəkindirmək əsas səbəbdir. Sonradan daha ciddi tədbirlər görülə bilirlər”.

Hüquqşünas BMT Nizamnaməsinin 39-cu maddəsini vurğulayaraq, Təhlükəsizlik Şurasının sülhə təhlükənin, sülhün pozulmasının və ya təcavüz aktının mövcudluğunu müəyyən edir və bununla bağlı və ya beynəlxalq sülhü və təhlükəsizliyi qoruyub saxlamaq və bərpa etmək üçün tövsiyələr edir.

“Təhlükəsizlik Şurası BMT Nizamnaməsinin 41 və 42-ci maddələrinə uyğun olaraq hansı tədbirlərin görülməli olduğuna qərar verir. Nizamnamənin 41-ci maddəsi iqtisadi əlaqələrin kəsilməsi və sairə kimi silahlı qüvvələrin istifadəsini əhatə etməyən tədbirləri nəzərdə tutur”.  Anar Mövsümoğlu bildirir ki, müəyyən şərtlər güc tətbiqini gərəkdirə bilər.

“42-ci və 41-ci maddədə göstərilən tədbirlərin adekvat olmadığı hallarda güc tətbiqini ehtiva edən üsullara əl atıla bilər”.

Bütün söhbətimizdən anlaşılan bu oldu ki, BMT qətnamələri “lazım gələsə” prinsipinə əsaslanır və mücərrəd zaman çərçivəsində icrası mümkündür. Ona qədər isə millətlərin hüququnu qoruyacaq təşkilatın insan qırğınlarını dayandıracaq, ədaləti bərpa edəcək heç bir mexanizmi yoxdur.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO