Bakıda təhlükəli propan qazından istifadə halları aşkarlandı – VİDEO 

Bakıda təhlükəli propan qazından istifadə halları aşkarlandı – VİDEO 

Hazırda oxunan: Bakıda təhlükəli propan qazından istifadə halları aşkarlandı – VİDEO 

62937

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir. 

Bizim.Media xəbər verir ki, DYNX tərəfindən nəzarət tədbirləri çərçivəsində Bakı şəhəri və respublikanın müxtəlif rayonlarında bir sıra qeyri-yaşayış obyektlərində yanğın-texniki müayinələr keçirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Yanğından qorunmağın yolları - FHN açıqladı


Müayinələr zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması, xüsusilə tələblərə zidd olaraq insan həyatı və sağlamlığı üçün birbaşa təhlükə mənbəyi olan propan qaz balonlarından istifadə halları aşkar edilib.

Aşkar edilmiş qayda pozuntuları ilə bağlı obyektlərin cavabdeh şəxsləri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati xəta haqqında protokollar tərtib edilib, təhlükə mənbəyi olan propan qaz balonları obyektlərin nümayəndələri tərəfindən kənarlaşdırılıb və gələcəkdə istifadə olunmamasına dair ərizələr alınıb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

FHN bir daha vətəndaşlara müraciət edərək, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasına çağırır və xatırladır ki, bazar və yarmarkaların ərazisində, zirzəmi və kürsü mərtəbələrində propan qaz balonlarının saxlanılması və istifadəsi qadağandır. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO